Əsəd rejimi yenə Idlibi vurdu

Baxış sayı:
6937

Suriyada Əsəd rejimi və terrorçu qruplar, "İdlib Gərginliyi Azaltma Bölgəsi" sərhədləri içərisindəki mülki əhalinin məskunlaşma yerlərinə gecə saatlarında 100-dən çox topçu hücumu reallaşdırıb.
 
Qeyd edək ki, rejim güclərinin dünən axşam saatlarında İdlibin cənubunda Xan Seyhun mahalına təşkil etdiyi 25 top və raket hücumunda 8 mülki şəxs həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.
Rejim güclərinin, "İdlib Gərginliyi Azaltma Bölgəsi" nə bu ilin əvvəlindən bəri təşkil etdiyi hava və quru hücumlarında 53 adam həyatını itirib, 220-dən çoxu isə yaralanıb.
Rejim gücləri Türkiyə və Rusiya arasında İdlibdəki atəşkəsi möhkəmləndirmək üçün imzalanan Soçi razılaşmasına baxmayaraq hücumlarına ara verməyib. Hərbi müxaliflər isə 17 sentyabr 2018-ci ildə imzalanan razılaşmanın nəzərdə tutduğu bölgədən ağır silahlarını 10 oktyabr 2018-ci ildə çıxarmışdı.
Müxalifət.az