Əsəd rejimi və İŞİD ANLAŞDI: KONVOY YOLA ÇIXDI

Baxış sayı:
7588

Əsəd rejimi və terror təşkilatı İŞİD-in gəldiyi razılaşma nəticəsində, terrorçular və rejimin nəzarəti altında yaşamaq istəməyən mülki əhalini təxliyə edən ilk avtomobil konvoyu yola çıxıb.
 
Yermük Şəhərciyindəki yerli mənbələrdən əldə edilən məlumata görə, İŞİD və Bəşşar Əsəd rejimi anlaşma əldə ediblər. İŞİD və rejim nəzarəti altında yaşamaq istəməyən əhalini daşıyan ilk avtomobil konvoyu düşərgədən ayrılıb.
İŞİD terrorçularının 7 avtobusla, Xüms rayonundakı Badıya çöl bölgəsindəki mövcud İŞİD nümayəndələrinin yanına gedəcəyi bildirilir. Mülki əhaliniı daşıyan 9 avtobus isə İdlibə doğru yola çıxıb. Köçürüləmə prosesinin davam etməsi gözlənilir.
 
YERMÜK DÜŞƏRGƏSİNDƏ VƏZİYYƏT
 
Yermük Düşərgəsi, Dəməşqin 8 kilometr cənubunda sıxlıqlı olaraq Fələstinli qaçqınların yaşadığı və 16 kvadrat kilometr sahəyə yayılmış bir yaşayış bölgəsi kimi tanınır.
Rejimin getməsindən əvvəl bölgənin qərb hissəsindəki 8 kvadrat kilometrlik hissəsi terror təşkilatı İŞİD, şərq sektorundakı 7 kvadrat kilometrlik hissəsinə isə Azad Suriya Ordusu (ÖSO) nəzarət edirdi.
Şəhərciyin şimalında Əsəd rejimi ilə İŞİD arasında qalan bir kvadrat kilometrlik sahəni isə rejim əleyhinə silahlı qruplardan Heyət Təhrir Şam əlində tutmuşdu. Aprel ayının sonunda rejimlə aparılan razılaşma nəticəsində ASO və Heyət Təhrir Şam zonadan təxliyə edilmişdi.
Təxminən 5 ildir ki, Əsəd rejimi və İranın dəstəklədiyi qrupların mühasirəsi altındakı Yermükün İŞİD nəzarətindəki bölgəsində rejimin bu əraziləri tərk etməsindən əvvəl çoxu Fələstinli olmaqla, 2 min 500 ailə yaşayırdı.
Təxliyə anlaşmaları və rejimin əməliyyatları zamanı çox sayda dinc əhali, ASO ərazisinə keçib, oradan da ölkənin şimalına təxliyə edilib. Dünən etibarilə İŞİD bölgəsindəki terrorçu və mülki əhali sayının 600-dan çox olduğu ehtimal edilir.
İŞİD, hazırda Suriyanın İraqla sərhədində olan Deyrizorda, Humusun çöl zonasında və Dərənin qərbində məhdud sahədə mövcudluğunu davam etdirir.
Müxalifət.az