“Əsəd rejimi Afrinə tank GÖNDƏRDİ” İDDİASI

Baxış sayı:
4876

Terror təşkilatı PKK/PYD, ağır itkilər verəndən sonra Afrin şəhər mərkəzinə güc toplamağa başlayıb. Dəməşq rəhbərliyinin isə Afrinə tank göndərdiyi iddia edilib.
 
Şiə milislər Afrinə girmək üçün hazırlıqda
 
Afrindəki YPG qüvvələrinə dəstək vermək məqsədilə Hələbin Şıh Maqsud bölgəsində yerləşən, ancaq hələ şəhər mərkəzinə keçid etməyən 500 nəfərlik başqa bir qrupun gözlədiyi məlumatı əldə edilib.
“Zeytun Budağı” Hərəkatının başlaması PYD-nin silahlı gücü YPG və PKK-lıların Dəməşq rejimi ilə anlaşaraq Şıh Maqsud bölgəsini rejimə təhvil verdiyi, buradakı silahlı terrorçularla yanaşı İranın dəstəklədiyi təxminən 1500 nəfərlik Şiə milisin kömək məqsədilə Afrinə gəldikləri müəyyənləşdirilib.
Kəşfiyyat mənbələri, bu qüvvələrin Suriya rejiminə məxsus hərbi mundir geyib, rejim bayrağını daşıdığını, həmçinin Dəməşq rəhbərliyinin xüsusi xidmət orqanlarından bəzi əməkdaşların da bu qrup içində yer aldığını müəyyən edib.
 
“DƏMƏŞQ RƏHBƏRLİYİ AFRİNƏ TANK GÖNDƏRİB” İDDİASI
 
Bir başqa iddia Dəməşq rəhbərliyinin ekipajı ilə birlikdə Afrin şəhər mərkəzinə tank göndərdiyi və təşkilatın müəyyən etdiyi ərazilərdə yerləşdirildiyi ilə bağlıdır.
Bölgədən gələn məlumatlar işığında, Afrin şəhər mərkəzində Türk əsgəri və ASO-nu gözləyən təhlükə budur. Bu məlumatlar dərhal hərəkatı idarə edən hərbi komandirlər və birliklərlə paylaşılıb.
Hərəkat bu məlumatlara görə, ani surətdə yenidən planlaşdırmalar aparır.
Müxalifət.az