​Əsəd Ərdoğanla Putinin razılaşmasını DƏSTƏKLƏDİ

Baxış sayı:
4936

Bəşər Əsəd rejimi Soçidə İdliblə bağlı əldə olunan razılaşmanı dəstəkləyib.
Muxalifet.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyindəki mənbə Suriya dövlət televiziyasına açıqlamasında Türkiyə və Rusiya liderlərinin Soçidə görüşü zamanı İdlibdə silahsız bölgənin yaradılması ilə bağlı razılaşmanı dəstəklədiklərini açıqlayıb.
Qeyd edək ki, Ərdoğan və Putin Soçi görüşündə ağır silahların İdlibdən çıxarılması, müxaliflərlə Əsəd rejimini birlikdə silahsız bölgə yaratması və s. məsələlərlə bağlı razılaşma əldə edib.