ƏSƏD QÜVVƏLƏRİNƏ CAVAB ZƏRBƏLƏRİ... - Ərdoğan 6 saatlıq toplantı sonrası havadan və qurudan hücum əmri verdi

Baxış sayı:
2725

Türkiyə Silahlı Qüvvələri İdlibdə 33 şəhid verib, 32 yaralısı var.

Türkiyə mediasıxəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirib.

Təhlükəsizlik Zirvə toplantısı 6 saat davam edib. Qərar verilib ki, şəhid və yaralı hərbiçilərin qisası misliylə Bəşər Əsəd rejimindən alınacaq.

"Hava və qurudan rejimin bütün hədəfləri bombalanır və hazırda bu prosses davam edir".

Toplantıda verilən qərarla bağlı başqa bir açıqlama verilməyəcək.

Prezident Adminstrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun yazılı açıqlamasında bildirib ki, Suriyada yüz minlərlə Suriyalının ölümündə rejim hakimiyyəti günahkardır və Türkiyə bu məsələdə mübarizəsindən əl çəkməyəcək./BakuPost