​Əsəd Putinin adamları ilə görüşdü: Təzyiq göstərirlər

Baxış sayı:
5992

Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və xarici işlər nazirinin müavini Sergey Verşinlə görüşüb.
Muxalifet.az xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti, həll prosesini, konstitusiya komitəsinin yaradılması və qaçqınların geri qayıdışı məsələlərini müzakirə edib.
Əsəd bəzi region ölkələrinin və bir çox Qərb ölkəsinin siyasi gedişə müdaxilə etməyi və öz istəklərini qəbul etdirmək üçün təzyiq göstərməyi davam etdirdiklərini bildirib.