Əsəd PKK ilə razılaşarsa.. Ankaranın 3 STRATEGİYASI

Baxış sayı:
7444

“Zeytun Budağı” hərəkatı davam edərkən küncə sıxılan PKK/PYD-nin Əsəd ilə razılaşaraq rejim güclərinin Afrinə yerləşmə planı qarşısında Ankaranın həyata keçirəcəyi 3 mühüm strategiyası var.
 
Terror təşkilatı PKK/YPG-nin Əsədlə razılaşıb, Afrindən çəkiləcəyi, onun yerinə Əsəd qüvvələrinin yerləşəcəyi xəbəri gündəmə bomba kimi düşüb. Həm də Afrində “Zeytun Budağı” hərəkatı davam edərkən.
Bəs indilərdə baş verən bu hadisə nə mənaya gəlir?
 
MÜQAVİLƏNİN MƏNASI

1. Əsədin və arxasındakı Rusiyanın YPG üzərindəki təsirini, istədikdə təşkilatı hərəkətə gətirdiklərini göstərir.
2. Rusiya ilə dialoq qurmağımızın nə qədər əhəmiyyətli olduğu ortaya çıxır. Çünki arxasında Moskva olmasa, Əsəd belə bir addımı atmazdı. O ki qaldı Afrində hakim olan YPG-yə əsl dəstəyi illərdir Rusiya verir.
3. Həqiqətən Əsədin əsgərləri Afrinə yerləşib, Suriya-Türkiyə sərhədində olarsa, Rejimlə koordinasiya qurmağın əhəmiyyəti daha da artacaq. Habelə, bu baş verərsə, Əsədlə YPG-yə qarşı iş birliyi qura biləcəyi də ortaya olacaq. Xarici işlər naziri Mövlud Çavuşoğlunun, "Rejim buraya YPG-ni təmizləmək üçün girərsə, problem yoxdur" sözləri də elə buna işarə edir.
Və son olaraq: YPG Afrindən çıxarılarsa, öz qüvvəsiylə yəqin ki, Fəratın şərqinə keçəcəkdir. Yəni, ABŞ-ın YPG-ni dəstəklədiyi regiona. Bu da ABŞ ilə Rusiya arasında əməli bir razılaşmanın olduğuna dəlalət edir. Yəni gələcəkdə Fəratın qərbinin YPG-dən təmizlənəcəyini, şərq hissəsindəki YPG varlığına isə ABŞ-ın sahib çıxmağa davam edəcəyini demək olar.
 
Üç əsas strategiya
 
Bəs, bu YPG sıxıntısını aşmaq üçün nə edə bilərik? Ankaranın həyata keçirə biləcəyi 3 strategiyası var. Bunlardan biri beynəlxalq, digəri regional, 3-cüsü isə yerli səviyyədə.
Beynəlxalq səviyyədə ABŞ ilə Rusiya arasında balans siyasəti aparmağın əhəmiyyəti getdikcə daha çox ortaya çıxır. İki böyük gücə də bel bağlamadan, ancaq ikisi ilə də iş birliyini davam etdirməklə, bu məsələnin öhdəsindən gələ bilmək üçün ciddi manevr sahəsi təmin edir.
 
2. Region ölkələri ilə əməkdaşlığın əhəmiyyəti getdikcə daha çox önə çıxır. Tehran və Bağdadla dialoqda olmağımız, mövqeyimizi gücləndirir. Dəməşqlə qurulacaq koordinasiyanın sahədə nə qədər fərq yarada biləcəyi də danılmazdır.
Əgər bundan sonra rejim YPG məsələsində konkret əməkdaşlıq etsə, Ankarada Dəməşqə qarşı mülayim bir hava yarana bilər.
3. Şimali Suriyada PKK/YPG ilə əlaqəsi olmayan Kürd qruplar da heç də gözardı ediləcək səviyyədə əhəmiyyətsiz deyil. "Kürd Milli Şurası" adı altında 8 Kürd partiyası var. Bunların hamısı İraq Kürdüstan Regional Rəhbərliyinin keçmiş lideri Bərzaniyə yaxındır. Bu qruplar uzun müddətdir YPG-yə rəqibdirlər. Hətta YPG-nin Şimali Suriyada elan etdiyi muxtariyyəti tanımadıqları üçün, ofisləri ötən mart ayında bağlanmışdı.
Məhz Ankara, PKK nəzarəti altında olmayan bu qruplarla Bərzani ilə olduğu kimi, bir dialoq qura bilər. Bundan başqa, Bərzaninin də dəstəyini alaraq Şimali Suriyada YPG-dən kənar Kürd qrupların möhkəmlənməsinin yolunu aça bilər. Bu strategiya eyni zamanda Afrin əməliyyatında vurğulandığı kimi, Ankaranın Kürdləri deyil, PKK-nı hədəf aldığını da öz-özünə ortaya qoyacaqdır.
Müxalifət.az