Əsəd məscidlərdə ZORLA ÖZÜNƏ DUA OXUTDURUR

Baxış sayı:
3127

Suriyada Əsəd rejimi sıx blokada, intensiv hücumlar və məcburi köç etdirməklə ələ keçirdiyi Şərq Gutadaki məscidlərdə özünə dua edilməsi üçün sərəncam göndərib.
 
Suriyada hakim rejim xarabazara çevirdiyi Şərq Gutadaki məscidlərdə Bəşşar Əsədə dua edilməsini istəyib.
Əsəd rejimi Şərq Gutadaki məscid imamlarından Əsədə dua edilməsi tələb edilib.
Sərəncamda, "Prezident Bəşşar Əsədə hər bir xütbədən sonra ölkədə müvəffəq olması üçün dua ediləcək" İfadələrinə yer verilib.
Qeyd edək ki, rejim, 5 illik mühasirədən sonra kimyəvi silah qırğınları, hava hücumları və məcburi göç etdirmək yolu ilə Şərq Gutanı ələ keçirmişdi.
65 mindən çox adam bölgədən ayrılmaq məcburiyyətində qalarkən, gedəcək yeri olmayanlar və deportasiyanı qəbul etməyənlər də regionda rejim nəzarəti altında yaşamağa davam edir.
Müxalifət.az