Əsədə məhkəmə yolu açıldı

Baxış sayı:
163

Türkiyənin milli kəşfiyyat qurumu olan MİT’in 6 ay izləyərək film kimi əməliyyatla Türkiyəyə gətirdiyi Reyhanlı qətliamının səbəbkarı terrorçu Yusif Nazikin etirafları Suriya prezidenti Əsədi küncə sıxışdırıb.
 
“İstinye” Universiteti Beynəlxalq Əlaqələr Bölməsinin başqanı və beynəlxalq hüquq mütəxəssisi, professor Məsut Haqqı Caşın, Suriya prezidenti Əsədin həm Türkiyədə, həm də Beynəlxalq Cəza Məhkəməsində (BCM) terror və insanlığa qarşı törədilmiş cinayətlərdən mühakimə oluna biləcəyini söyləyib. Reyhanlı qətliamı və ələ keçən sənədlərin ciddi araşdırılmasının lazım olduğunu deyən professor Caşın, bunları söyləyib: Hücumu Suriya dövləti və kəşfiyyatının planlaşdırdığını, cinayətkarları təhrik etdiyini deyir. Buna görə bu şəxs, Türkiyədə TC 220-ci maddəsi və Terrorla Mübarizə Qanunua görə, cəzalana bilər. Qətliamda bölgədəki əhalinin həssaslığı nəzərə alındıqda "Dövlətə qarşı çoxsaylı terror aksiyasının keçirilməsinə səbəb olduğu, Suriyalı qaçqınların ictimai sülhə zərər verdiyi və bu səbəblə də dövlətin hədəf göstərilməsinə səbəb olduğu da görünür. Həm daxili hüquq yolu ilə Türkiyədə, həm də beynəlxalq hüquqa görə, Beynəlxalq Cinayət Məhkəməsində Əsəd və Suriyalı səlahiyyətlilər mühakimə oluna bilər".
Müxalifət.az