Əsəd kürdləri qırıcı və tanklarla vurdu

Baxış sayı: 85

Suriya ordusu Rakka şəhəri yaxınlığında Suriya Demokratik Qüvvələrinə məxsus dəstələri vurub.
 
Bunu “Röyter” agentliyinə açıqlamasında qruplaşmanın rəsmi nümayəndəsi Təlal Sillo söyləyib. O, rejim qüvvələrinin onlara qarşı hücumda təyyarə, artilleriya və tanklardan istifadə etdiyini bildirib.
Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin böyük hissəsi kürd hərbi birləşmələrindən, xüsusilə, PYD terror təşkilatı üzvlərindən təşkil olunub.