Əsəd güclərindən növbəti təxribat: İdlib yenə vuruldu

Baxış sayı:
181

Suriyadakı Bəşşar Əsəd rejimi və dəstəkçisi xarici terrorçu qruplar, atəşkəsin qorunması üçün varılan Soçi razılığına baxmayaraq, "İdlib Gərginliyi Azaltma Zonası" daxilindəki mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinə hücumlarını davam etdirir.
 
Rejim və İran dəstəkli xarici terrorçu qruplar, "İdlib Gərginliyi Azaltma Bölgəsi" sərhədləri içində yer alan və Soçi anlaşmasına görə ağır silahlardan təmizlənilmiş bölgədə mülki mövqelərə ağır silahlarla hücum təşkil edir.
Əsəd rejimi və havadarları, gecə və səhər Hamanın şimalındakı Latamne, Marekve, Ziyara və Sirmaniye kəndlərinə və Lazkiyede Türkmən dağına artilleriya hücumu təşkil edib.
 
Ölü və yaralı sayı məlum deyil
 
17 sentyabrda imzalanan Soçi razılaşmasından bu yana rejimin hücumlarında 25 mülki şəxs həyatını itirib, onlarlası da yaralanıb.
Qeyd edək ki, rejim qüvvələrinin hücumları davam edərkən, müxalif hərbçilər isə razılaşma əsasında müəyyən olunan rayonlardan 10 oktyabrda ağır silahlarını çəkmişdi.
Müxalifət.az