Əsədə daha bir zərbə: ASO REJİMİN SU-22 TƏYYARƏSİNİ VURDU

Baxış sayı:
2584

ASO Dəməşqin şimal-şərqində dağlıq region olan Şərqi  Kalamunda Suriya ordusuna məxsus Su-22 təyyarəsini vuraraq salıb.
 
Twitterdaki ASO-ya bağlı “FSA News” hesabından edilən açıqlamada "ASO gücləri Dəməşqin şimal-şərqində Şərqi Kalamunda olan Çinə məxsus bir zavod yaxınlığında rejimə məxsus Su-22 təyyarəsini vuraraq salıb” deyə, bildirilib.
 
PİLOT TULLANARAQ XİLAS OLUB
Paylaşılan şəkildə təyyarənin vurulmasından sonra yanaraq düşdüyü görünür. Video çəkən adam isə bu zaman “Allahu Əkbər” deyə, Təkbir gətirir. Təyyarənin pilotunun paraşütlə tullanıb, Suriya ordusunun nəzarətindəki bir bölgəyə eniş etdiyi bildirilir.

Müxalifət.az