ƏSƏD CİDDİ QORXU İÇİNDƏ: “Rusiya bizi satacaq”

Baxış sayı:
631

Türkiyənin Suriyada həyata keçirməyi planlaşdırdığı YPG-ni bitirmə əməliyyatı üçün Suriya, Rusiyadan gələcək həmləni gözləyir. Dəməşq, Rusiyanın onları Türkiyə məsələsində satmasından qorxur.
 
Türkiyə Fəratın şərqində bir terroru təmizləmə əməliyyatına hazırlaşır. Xüsusilə artan sərhəd terror fəaliyyətləri səbəbilə səbri daşan Türkiyə üçün yeni bir sərhəddən kənar əməliyyat keçirməsi getdikcə qaçılmaz olur.
 Bu vəziyyətdə ən çox narahat olan Suriya, meydançada Rusiyanın onları satmasından narahatlıq keçirir.
 
RUSİYA REAKSİYA VERMƏLİDİR
 
Suriya ordusunun siyasi bürosuna rəhbərlik edən general Həsən, “Sputnik”-ə verdiyi müsahibədə, Ərdoğanın, Türkiyənin Fəratın şərqində bir əməliyyata hazırlandığının siqnalı olaraq görülən bəyanatlar verməsinə dair olaraq bu ifadələri işlədib:
“Buna (əməliyyat başladığı təqdirdə) hər kəs cavab verməlidir. Cavab yalnız Suriya ordusundan deyil, davamlı olaraq koordinasiya yaradan və Türkiyə ilə anlaşan Rus dostlarımızdan da gəlməlidir".
 
FƏRATIN ŞƏRQİNƏ ƏMƏLİYYAT HAZIRLIĞI
 
Türkiyə, xüsusilə koalisiya adı altında YPG-nin terror fəaliyyətlərindən narahatlıq duyur. “Sərhədlərdən uzaq durun” xəbərdarlığına qarşılıq hələ də fəaliyyətlərini Türkiyənin burnunun dibində həyata keçirən YPG, Türkiyənin səbr kasasını daşırır. Bu məqamda eynilə Fərat Qalxanı və Zeytun Budağı kimi, bir əməliyyatın bu bölgə üçün də keçirilməsi gündəmdədir.
Prezident Ərdoğan, ötən həftə verdiyi açıqlamada, Suriyanın şimalında yeni əməliyyat başlana siqnalını vermişdi. Ərdoğan belə söyləmişdi: "Fəratın şərqindəki terror şəbəkəsini də dağıdacağıq. Planımızı, hazırlıqlarımızı gördük. Yaxın günlərdə buna da başlayacağıq. Yaxında terror təşkilatının təpəsinə enəcəyik. Bir gecə qəflətən gələ bilərik".

Müxalifət.az