​"Səbail" "Sabah"ı məğlub edə bilməyib

Baxış sayı:
1219

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Muxalifet.az xəbər verir ki, açılış oyununda son iki mövsümün debütantları "Səbail" və "Sabah" komandaları üz-üzə gəlib.
"Bayıl Arena"da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.
Bu nəticədən sonra xallarını 10-a çatdıran "Sabah" "Neftçi"nin liderliyinə şərik çıxıb. Xallarını 5-ə çatdıran "Səbail" isə 4-cü pilləyə yüksəlib.
Tura sentyabrın 23-də "Keşlə" - "Sumqayıt" və "Qarabağ" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.