Sayt redaktoru barəsində MƏHKƏMƏ QƏRARI - 5,5 il müddətinə...

Baxış sayı:
25525

Martın 28 də Bakı Ağır Cinayətlər Məhkəməsində Teref.info saytının redaktoru Nurəddin İsmayılovun barəsində hökm oxunub.

O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətini aşmaq) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinərək iki il sınaq müddəti olmaqla şərti olaraq 5,5 il azadlıqdan məhrum edilib.

Buna musavat.com saytında dərc edilən "Etibar Pirverdiyevin kriptovalyuta biznesi ortaya çıxdı" məqaləsinin və repotyor.info-da ""Azərenerji" yoxlanılır, Pirverdiyev "elektrik terroru"- fin korrupsiyası"na görə dindirilir" məqaləsinin təkrar dərci səbəb olub.

İsmaylov ittihamları rədd edərək deyib ki, yazılarda dövlət əleyhinə çağırış yoxdur, söhbət 2018-ci il iyulun 3-də Mingəçevir İES-də baş vermiş qəza ilə əlaqədar qəza zamanı məmurun günahından gedir.