​Sayğac oğurlayan DƏSTƏ TUTULDU

Baxış sayı:
2782

Aprelin 19-da və 20-də Şirvan Şəhər Polis Şöbəsinə şəhərin Xaqani, 28 May, S.Vurğun, M.Ə.Rəsulzadə, Energetik və T.İsmayılov küçələrindəki yaşayış binalarının girişlərinə quraşdırılmış ümumilikdə 180 ədəd su sayğacının oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə vətəndaşlar müraciət edib.
Polis əməkdaşlarının aprelin 21-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.
onların Şirvan şəhər sakinləri Rəşad Balaşov, Qasım Salmanov, Rauf Sarbalayev, Elvin Kələntərov olduqları müəyyən edilib. Su sayğaclarının bir qismi polis əməksdaşları tərəfindən maddi sübut kimi götürülüb. Şirvan Şəhər Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.