​Şaxtada işləyən gəncin üstünə lift düşdü - Vəziyyəti ağırdır

Baxış sayı:
9094

Ötən gün Bakıda bədbəxt hadisə baş verib.
Paytaxtın Xanlar küçəsi 27 ünvanında İlqar Böyükağa oğlu Əbilova məxsus tikilidə liftin trosu qırılıb.
Hadisə nəticəsində liftin şaxtasında çalışan 1997-ci il təvəllüdlü İlham Mənsum oğlu Cəfərov ağır xəsarət alıb. 
O təcili olaraq yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilib./oxu.az