​“Saxta ittihamlı həbslərə son qoyulmalıdır” – “Human Rights Watch”

Baxış sayı:
4492

Bloger Mehman Hüseynovun barəsində qaldırılmış cinayət işinə xitam verilməsi və Azərbaycanda siyasi məhbuslar problemi beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarının diqqət mərkəzində qalmaqdadır. Human Rights Watch təşkilatının bu yaxınlarda dünya ölkələrində insan haqlarının vəziyyətinə dair hesabatında Azərbaycanda 2018-ci ildə durumun yaxşılaşmadığı qeyd edilir. Təşkilatın Avropa və Mərkəzi Asiya bölümünün direktor müavini Giorgi Qogiya Amerikanın Səsinə müsahibəsində Mehman Hüseynovun işi və Azərbaycanda insan hüquqlarının durumundan danışıb.
 
Amerikanın Səsi: Azərbaycan anti-korrupsiya blogeri və insan hüquqları fəalı Mehman Hüseynova qarşı qaldırılan yeni ittihamları aradan qaldıraraq, onun mart ayında azadlığa çıxmasına yol açıb. İttihamlar aradan qaldırılsa da, insan hüquqları müdafiəçiləsi israrla onun əvvəlki həbsinin qanuni olmadığını bildirir. Sizin buna reaksiyanız necədir? Onun işi ilə bağlı nə söyləyə bilərsiniz?
Bu, Mehmanın layiq olduğu ədalət deyil. O dərhal azad edilməlidir. Ona bəraət verilməlidir və ona qarşı bütün ittihamlar aradan qaldırılmalıdır.
Giorgi Qogiya: Biz əlbəttə ki, saxta olan ittihamların aradan qaldırıldığına sevinirik. Amma bu onun həbsinin davam etməsinə heç cür bəraət qazandırmır. Bu, leqal deyil və onun demək olar saxta defamsiya ittihamları ilə 2 il həbsdə olması düzgün deyil. Human Rights Watch ilkin ittihamları yaxından izləyib. Biz onun həbs edildiyi günü sənədləşdirmişik, onun necə oğurlandığı, polis tərəfindən ona qarşı necə rəftar olunduğu, onun bunu ictimaiyyətə necə çatdırdığı və rəsmilərin təhqiqata başlamaq əvəzinə Mehmanı həbs etdiyi və onun polisin rəftarı və təhqirləri ictimaiyyətə açıqlamaqla bütün polis şöbəsini təhqir etdiyi kimi saxta defamasiya ittihamları ilə necə məhkum olunduğunu sənədləşdirmişik. Onun həbsinə heç bir bəraət yoxdur. Aydındır ki, biz onun həbsdə daha yeddi il qalmaqla üzləşmədiyinə sevinirik, amma bu, ədalət deyil. Bu, Mehmanın layiq olduğu ədalət deyil. O dərhal azad edilməlidir. Ona bəraət verilməlidir və ona qarşı bütün ittihamlar aradan qaldırılmalıdır. Və təkcə o deyil, həbsdə olan bir çox başqaları var. Əslində, bu, ilk dəfə deyil ki, Azərbaycan həbsdə olan hökumət tənqidçilərinin həbs müddətini uzatmaq, onların saxlanmasını uzatmaq üçün saxta ittihamlardan istifadə edir. Yanvar ayında başqa siyasi fəal, bildiyiniz kimi, müxalif siyasi partiya-Azərbaycan Xalq Cəbhəsi Partiyasının müşaviri Məmməd İbrahim ilkin xuliqanlıq ittihamı ilə cəzanın bitməsindən bir neçə gün əvvəl rəsmilər onun kamerasında bıçaq tapmışdı. Və bundan ona qarşı saxta ittihamlarla həbsin daha altı ay müddətinə uzadılması üçün bir bəhanə kimi istifadə edilmişdi. Beləliklə də bu, yeganə hal deyil. Azərbaycan rəsmiləri fəalların həbsdə qanunsuz saxlanması üçün əlavə ittihamlardan istifadə edir. Rəsmilər buna son qoymalıdır və saxta ittihamlarla həbsdə olanların hamısı azad edilməlidir.
Amerikanın Səsi: Mehman Hüseynovun aclığa başlamaq qərarı digər siyasi məhbuslar arasında həmrəylik aksiyasına gətirib çıxardır. Bir sıra vətəndaşlar təkcə Mehman Hüseynova deyil, bütün siyasi məhbuslara azadlıq tələbi ilə aksiyaya qoşuldu. Aclıq aksiyası keçirilməsəydi, nə baş verə bilərdi? Bu addım nə dərəcədə effektiv oldu?
Beynəlxalq ictimaiyyətin də Mehman Hüseynovun işinin qiymətləndirməsində yekdillik nümayiş etdirməsi çox əhəmiyyətli idi. Bu, mühüm idi və Bakıda bu mesaj eşidildi.
Giorgi Qogiya: Mənə aclıq aksiyasının özü və başqaları tərəfindən həmrəylik aksiyasını özü-özlüyündə qiymətləndirmək çətindir. Fikrimcə, bu, çox mühüm həmrəylik aksiyası idi. Amma aclıq aksiyasına baxmayaraq, ona qarşı əlavə ittihamlara heç cür bəraət qazandırmaq olmaz. Biz Human Rights Watch təşkilatında Mehmanın nə hiss etdiyini, əslində baş verənləri, onun həbsxanaya necə köçürüldüyünü, hələ məhkəmənin qərarı olmadan, məhkəmə qərarı çıxarılarkən vəkillər olmadan onun əvvəl saxlandığı yerdən həbsxanaya köçürüldüyünü sənədləşdirmişik. Buna görə də tam aydın idi ki, hökumət ona qarşı iş hazırlayır. Onun çarəsizlikdən etdiyi hərəkətə, mən doğrudan da başqa bir şey deyə bilmirəm, insani baxımdan haqq qazandırmaq olar. Amma heç kəs rəsmiləri doğru iş görməyə vadar etmək üçün özünə, ya da öz sağlamlığına zərər verməməlidir. Fikrimcə, aydın idi ki, rəsmilərin ona qarşı ittihamları aradan qaldırmasına təsir göstərən bir sıra amillər oldu. İstər ölkə daxilində, istərsə də da ölkə xaricində həmrəylikdən asılı olmayaraq, Bakı aydın mesaj almışdı. Beynəlxalq ictimaiyyətin də Mehman Hüseynovun işinin qiymətləndirməsində yekdillik nümayiş etdirməsi çox əhəmiyyətli idi. Bu, mühüm idi və Bakıda bu mesaj eşidildi. Yenə də biz həyəcanlı idik və Mehmana görə sevinirdik, amma təəssüf ki, o, əvvəla hələ azad edilməlidir, o hələ də həbsdədir. Həm də Mehmandan başqa siyasi motivli ittihamlarla həbsdə olan onlarla başqa fəallar var. Onların həbsinə bəraət qazandıra bilən heç bir şey yoxdur. Rəsmilərin etməli olduğu yeganə şey onları azad etmək və onlara hökumətin heç bir müdaxiləsi olmadan fəaliyyət göstərmələrinə imkan verməkdən ibarətdir. Siz bilirsiniz ki, rəsmilər əvvəllər başqalarını müxtəlif şərtlərlə həbsdən azad edib, lakin bu şərtlər onların normal fəaliyyət göstərməsinin, onların aktivliyinin, onların siyasi və sivil aktivliyinin, ya da jurnalist fəaliyyətinin qarşısını alıb. Buna görə də Bakı beynəlxalq öhdəliklərə əməl etməsi üçün uzun yol getməlidir. Və biz və beynəlxalq ictimaiyyətin başqa üzvləri Bakını düzgün addım atmağa çağırırıq.
Amerikanın Səsi: İnsan haqları qrupları və Qərb ölkələrinin hökumətləri uzun illərdir Azərbaycan rəsmilərini siyasi məhbusları azad etməyə çağırıb və hökuməti fərqli düşüncə və media azadlığını boğmaq üçün saxta cinayət işləri açmaqda ittiham edib. Jurnalistlər və blogerlər də daxil olmaqla, digər siyasi məhbusların azad edilməsini təmin etmək üçün hansı lazımi addımlar atılmalıdır?
Yenə də azı 10 jurnalist və bloger dəmir barmaqlıqlar arxasındadır. Onlarla vətəndaş cəmiyyəti və siyasi fəallar, jurnalistlər və blogerlər müxtəlif saxta cinayət ittihamları ilə həbsdədir.
Giorgi Qogiya: Azərbaycan üçün zəruri addım onları azad etməkdən ibarətdir. Mehmanın məsələsində prezident İlham Əliyev Mehman Hüseynovun işinə düzgün və ədalətli baxmaq üçün öz rəsmilərinə müraciət etməli oldu. Əgər bu lazımdırsa, o zaman prezident hüquq-mühafizə orqanlarına, ya da hakimlərə bu işlərə düzgün və ədalətli baxılması üçün müraciət etməlidir və onları azad etməlidir. Onların həbsdə qalmasına bəraət qazandıra bilən heç bir şey yoxdur. Yenə də azı 10 jurnalist və bloger dəmir barmaqlıqlar arxasındadır. Onlarla vətəndaş cəmiyyəti və siyasi fəallar, jurnalistlər və blogerlər müxtəlif saxta cinayət ittihamları ilə həbsdədir. Bir də ki Mehmanın işinin davam etdiyi və hadisələrin inkişaf etdiyi dövrdə biz Azərbaycan rəsmilərinin onun işinə etiraz edən onlarla fəalı saxladığının şahidi olduq. Onlara 10 gündən 30 günə qədər inzibati həbs cəzaları verildi. Bu insanlar özlərinin ifadə azadlığı və toplaşmaq azadlığı hüquqlarından istifadə edirdi və onların həbs edilməsinə bəraət qazandıran heç bir şey yoxdur. Beləliklə, rəsmilər bir sıra addımlar ata bilər, buraya bu yaxınlarda saxlanılanların azad edilməsi və artıq uzun illər həbsdə onların azadlığa buraxılması daxildir. Bildiyiniz kimi, gənc fəal İlkin Rüstəmzadə altı ildir həbsdədir. Onun həbsinə heç cür bəraət qazandırmaq olmaz. Mən çatdırmaq istəyirəm ki, o, Bakıda video çəkilişində iştirak etdiyinə görə xuliqanlıq ittihamı ilə bir neçə ay inzibati həbs cəzası almışdı. Onun inzibati cəzasının bitməsindən öncə rəmilər ona qarşı cinayət ittihamları qaldırdı və onu doqquz il həbsə məhkum etdi. O, cəzasının artıq altı ilini çəkib. Onun işini unutmaq olmaz. O azad edilməlidir, eləcə də bir çox başqaları. Mən burada bir sıra iş göstərə bilərəm. Təbii ki, onlar əvvəla azad edilməlidir, amma o biri iş də ondan ibarətdir ki, böhtan dekriminallaşmalıdır, çünki Azərbaycan buna artıq illərdir söz verib. Və dekriminallaşdırma əvəzinə onlar iki il əvvəl Mehmana böhtan ittihamı ilə iki il həbs cəzası verdilər. Buna son qoyulmalıdır. Biz bir neçə həftə bundan əvvəl Bakıda mitinqin şahidi olduq. İnsanların özlərini ifadə edə bilməsi, hökumətin müdaxiləsi olmadan azad toplaşmaq hüququndan istifadə edə bilməsi norma olmalıdır. Onlar hər dəfə öz narahatlıqlarını, öz narazılıqlarını ifadə etdikdə, ya da etiraz etmək üçün bir araya gəldikdə sanksiyalardan asılı olmamaldır.
Amerikanın Səsi: Human Rights Watch təşkilatı açıqladığı son hesabatında bildirib ki, Azərbaycanda 2018-ci ildə insan hüquqları sahəsində vəziyyət yaxşılaşmayıb. Əsas narahatlıq doğuran sahələr hansılardır? Siz ölkədəki vəziyyəti necə xarakterizə edərdiniz?
Giorgi Qogiya: Mən əslində bunu təsvir etdim. İnsan hüquqları sahəsində vəziyyət dəhşətlidir. Azərbaycan getdikcə beynəlxalq müşahidə üçün daha bağlı ölkəyə və daha qapalı ölkəyə çevrilir. Mən qeyd etməliyəm ki, Azərbaycan dünyada Human Rights Watch təşkilatının ölkəyə gəlməsinə icazə verməyən az ölkələrdən biridir. Mən onu nəzərdə tuturam ki, Human Rights Watch-un bir neçə ildir gedə bilmədiyi Özbəkistanda bizim qayıtmağımıza və tədqiqat aparmağımıza icazə verilib. Azərbaycanda isə demək olar üç ildir heç bir izahat verilmədən, heç bir qanuni səbəb olmadan mənim və mənim həmkarlarımın getməsinə imkan verilmir. Mən sonuncu dəfə Azərbaycana keçən ilin noyabr ayında getməyə cəhd etmişəm. Onlar məni sərhəddə bir neçə saat saxladılar və heç bir izahat vermədən, heç bir sənəd və qərar olmadan məni geri qaytardılar. Bütün bu işlərdə ən çox təəccüblüsü odur ki, bu, qeyri-adi bir şeydir, çünki Azərbaycan dünyada çox-çox az ölkələrdəndir ki, beynəlxalq müşahidə, beynəlxalq insan haqları mütəxəssislərinin ölkəyə gəlişinə icazə verilmir. Azərbaycan getdikcə beynəlxalq müşahidə üçün daha qapalı və daha bağlı ölkəyə çevrilir. Bu belə olmamalıdır, bu, ölkənin beynəlxalq öhdəliklərinə ziddir. Mənim dediyim kimi, ölkədə siyasi motivli həbslər bizim ən çox narahatlığımıza səbəb olan məsələlərdəndir.
Azərbaycan getdikcə beynəlxalq müşahidə üçün daha bağlı ölkəyə və daha qapalı ölkəyə çevrilir. Mən qeyd etməliyəm ki, Azərbaycan dünyada Human Rights Watch təşkilatının ölkəyə gəlməsinə icazə verməyən az ölkələrdən biridir.
Başqa məsələlər də var. İşgəncə bizim uzun illərdir qeyd etdiyimiz məsələdir. Avrtopa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin hesabatında göstərilir ki, Azərbaycanda işgəncə sistematik və müntəzəm hal alıb. Bundan pis heç bir şey ola bilməz. Əgər işgəncələr əleyhinə qurum ölkəyə işgəncənin sistematik və müntəzəm bir şəkil aldığını bildirirsə, ilk növbədə buna diqqət verilməlidir. İşgəncə ilə bağlı qanuni iddiaları araşdırmaq əvəzinə onlar Mehman Hüseynovu çəkdiyi əziyyətlərdən ictimaiyyət qarşısında danışdığına görə həbs edirlər. Biz habelə vəkillərə, ölkədə hüquq sahəsindəki peşəkarlara qarşı inzibati sanksiyaladan narahatıq. Vəkillərin işlərdən kənarlaşdırılması, müdafiə etdikləri şəxslərin hüquqi maraqlarını təmsil etməkdən məhrum edilməsi halları var. Media azadlığı, media azadlığının olmaması Human Rights Watch təşkilatının uzun illərdir narahatlığına səbəb olub. Buraya jurnalistlərin həbsi, saxlanması və məhkum edilməsi halları daxildir. Veb səhifələrin bağlanması və bloklanması da buraya daxildir. İnsan haqlarının durumu ilə bağlı narahatlığa səbəb olan məsələlərin uzun siyahısı var. Biz ümid edirik ki, Azərbaycan rəsmiləri buna ciddi yanaşacaq, siyasi motivli ittihamlarla həbsdə olan şəxsləri azad etməyə başlayacaq və ölkəni beynəlxalq müşahidə üçün açacaq. İnsan hüquqları mütəxəssislərinin ölkəyə gəlib yerlərdə vəziyyəti öyrənməsinə icazə verilməməsi yaxşı hal deyil.