​SAXTA DİPLOM SATAN KAFEDRA MÜDİRİ HƏBS OLUNDU – Ələddin Məmmədov qanunsuz tələbə qəbulunda da ittiham olunur

Baxış sayı:
1228

Gəncə Dövlət Universitetinin “Fiziki tərbiyə, Çağırışaqədərki hazırlıq və Mülki müdafiə” Kafedrasının müdiri Məmmədov Ələddin Hətəm Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya Mübarizə İdarəsinin və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunub.
“Hürriyyət” xəbər verir ki, Ələddin Məmmədov 14 oktyabr 2019-cu il tarixdə Gəncə Şəhər Prokurorluğuna çağrılaraq, orada saxlanılıb.
Məlumata əsasıən, onunla birlikdə Gəncə Şəhər sakini İmamquliyev Azər Arif oğlu da həbs olunub.
Bildirilir ki, həbs olunan İmamquliyev Azər Arif oğlunun atası Gəncə Aqrar Universitetinin Ekologiya Kafedrasının müəllimi olub.

Ələddin Məmmədov
Hər iki şəxsin həbs olunması haqqında ilkin olaraq belə məlumatlar var ki, dələduzluq və korrupsiya faktları ilə bağlı həbs ediliblər.
Başqa bir məlumata görə, Gəncə Dövlət Universitetinin “Fiziki tərbiyə, Çağırışaqədərki hazırlıq və Mülki müdafiə” kafedrasının müdiri Məmmədov Ələddin Hətəm oğlu saxta diplom düzəltmək və TQDK-nın imtahan nəticələrindən bal toplaya bilməyən şəxsləri dolayı yolla Universitetə qəbul etdirmək kimi cinayət xarakterli əməllərdə ittiham olunurlar.
Məlumata görə, həbs olunan İmamquliyev Azər Arif oğlu fotoqraf işləyirmiş. O, saxta diplom düzəltməkdə, diplomun üzünə foto naxışları çəkib diplom üzlüyü, həqiqət olmayan sənət əldə etməkdə itiham olunur.
Həbs olunan Məmmədov Ələddin Hətəm oğlu isə bir neçə il bundan əvvəl hal-hazırda fəaliyyəti bağlanan Gəncə Şəhər Müəllimlər İnstitutuna imtahansız, imtahan nəticələri az olan və imtahan nəticələrindən bal toplaya bilməyən abituriyentləri qeyri-qanuni olaraq İnstituta qəbul etdirmədə suçlu bilinir. Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Məmmədov Ələddin Hətəm oğlu barəsində çinayət işi açılmışdır./Hurriyyet.org

Redaksiyadan: Mövzuya qayıdacağıq.