Saxlanılan müsavatçılar sərbəst buraxıldı

Bu gün Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib.
 
Etiraz aksiyasında iştirak edən müsavatçılar hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasinin Qanununun 3-cü maddəsinə əməl etməyə səsləyib, “Azadlıq!” , “İstefa!” şüarları səsləndiriblər. 
Piketçilər qətnamələrini oxumağa nail olublar. Qətnamə oxunandan həmən sonra 9 müsavatçı saxlanılıb. 
Saxlanılan müsavatçılar Səxavət Soltanlı, Müstafa Hacıbəyli, Əbülfəz Sadıqbəyli, Zeynal Zeynalov, Vidadi Zamanov, Elman Fəttah, Əziz Məmiyev, Rəhim Yaqublu, Tofiq Yaqublu Bakı Şəhəri Səbaıl Rayonu Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb,şifahi xəbərdarlıq olunduqdan sonra sərbəst buraxılıblar.