​Savçenko: “Ölkəyə diktatura lazımdır”

Ukraynanın azadlıq simvolu, Ali Radanın deputatı Nadejda Savçenko bunu “Deutsche Welle” alman nəşrinə müsahibəsində deyib.
Alman portalı Nadejda xanımın sözlərindən sitat gətirib:“Prezidentin səlahiyyətlərini, ölkənin strukturunu dəyişmək üçün qanunları yeniləmək lazımdır ki, insanlara təsiri olsun. Korrupsiyanın kökünü kəsmək lazımdır. Hər şeyi ələ ala bilmək üçün diktator olmaq lazımdır. Elə eləmək lazımdır ki, daha heç vaxt hakimiyyəti xalqın əlindən almasınlar”.
Deputat prezidentlik iddiaları barədə sualı da cavablandırıb. Savçenko cavabında deyib: “Məndən soruşanda dedim ki, dövlət başçısı olmaq istəmirəm, amma onu da dedim ki, ola bilərəm. Amma indi deyəsən, deyəcəyəm ki, artıq olmalıyam”.