Savaş qızışır: Haftarın mövqeləri bombardman edildi

Baxış sayı:
8887

Liviya hökumətinin hərbi dəstələrinə məxsus döyüş aviasiyası Liviya Milli Ordusuna aviazərbələr endirib.
Muxalifet.az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Cəzirə" televiziyası məlumat yayıb. Aviazərbələr Liviya Milli Ordusunun Tripolidən 80 kilometr cənubdakı mövqelərinə endirilib.
Qeyd edək ki, bundan öncə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoliyə hücum edib. Hücum nəticəsində Tripolinin cənub-qərbi və Qaryan şəhəri ələ keçirilib.
Hücumdan dərhal sonra Faiz Saracın rəhbərlik etdiyi Liviya Milli Hökumətinin nümayəndələri Tunisə qaçıblar.