Şavarş Koçaryan da vəzifəsindən azad edildi

Baxış sayı:
1106

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan vəzifəsindən azad edilib.

Müvafiq fərmanı Baş nazir Nikol Paşinyan imzalayıb.

Şavarş Koçaryan 12 ildir xarici işlər nazirinin müavini vəzifəsində çalışıb, xüsusilə Qarabağ münaqişəsi sahəsində fəaliyyət göstərib.

2008-ci ildən etibarən bu vəzifəni icra edən Koçaryan 2018-ci il inqilabından sonra vəzifəyə yenidən təyin edilmişdi.

Xatırladaq ki, ötən gün Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa vermişdi.