​Satıcısı olmayan mağazalar istifadəyə veriləcək - ÇİNDƏN YENİLİK

2017-ci ilin sonuna kimi Fransanın “Auchan” şirkəti Çinin “Hisense” şirkəti ilə əməkdaşlıq çərçivəsində Çində bir neçə yüz “Auchan Minute” mini-marketi açmağı planlaşdırır.
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu marketlər satıcı və kassalar olmadan işləyəcək.
Sahəsi 20 kv.metrdən az olan mağazaların çeşidi təzə məhsullar, içkilər və başqa gündəlik məhsullardan ibarət olacaq.
Mağazadan istifadə etmək üçün alıcıya “WeChat” messenceri qurulmuş  smartfon lazım olacaq. Girişdə QR kodu skan edən istifadəçi mağazanın içərisinə daxil ola biləcək. Həmçinin məhsulları virtual səbətə yerləşdirərək “AliPay” xidməti vasitəsilə almaq mümkün olacaq.