​Satıcı işlədiyi mağazadan 30 minlik oğurluq etdi

Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğurluq edilməsi barədə 10-cu Polis Bölməsinə müraciət edib.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, R. Həsənov ərizəsində 2014-cü ildən cari il oktyabrın 18-dək olan müddətdə mağazada ümumilikdə 30000 manat dəyərində məişət əşyalarının çatışmadığını bildirib. Polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, sonuncu saxlanılaraq Polis Bölməsinə gətirilib. Satıcı, Mingəçevir şəhər sakini Adil Müzəffərov təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib.
Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.