​Əsas millimizin baş məşqçisi Yurçeviç olacaq? - Özü açıqladı

Baxış sayı:
6049

Hələ ki, heç nə deyə bilmərəm. Danışıqlarımız hələ bitməyib.
Muxalifet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç deyib.
Xorvatiyalı mütəxəssis digər sualları da cavablandırıb...
Azərbaycan yığmasında Avro-2020-yə yüksələcək potensial görürsünüz?
- Hələlik heç nə deyə bilmərəm. Bizim danışıqlar hələ ki, davam edir. Danışıqlar bitəndən sonra bu barədə danışmaq olar.
Danışıqlar nə zaman bitəcək?
- Yəqin ki, bir neçə gün ərzində danışıqlar yekunlaşacaq.
Bu gün meydanda Azərbaycan milli komandasının bir çox üzvü çıxış edirdi. Həmin oyunçularla hansı nəticəni əldə etmək olar?
- Bəzi oyunçuları bundan əvvəl də tanıyırdım və oyunlarını izləmişəm. Fikrimcə, oyunçuların bacarıqları və keyfiyyətləri yetərincədir.