Əsas intiqam hücumunu hələ həyata keçirməmişik - İRAN ABŞ-I TƏHDİD ETDİ

Baxış sayı:
3174

“ABŞ-ın İraqdakı bazalarına endirilən raket zərbələri ilə intiqam hücumlarımız başa çatmayıb”.

Publika. az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İranın Baş Qərargahının mətbuat xidmətindən belə açıqlama verilib. Açıqlamaya görə, Vaşinqton intiqam hücumlarının növbəti mərhələsinin irəlidə olduğunu bilməlidir:

“ Bu gün həyata keçirilən hücumlarla intiqam cavabının başa çatdığını düşünmürük. Əsas intiqam elə səviyyədə olacaq ki, amerikalılar bölgədən çıxıb getmək məcburiyyətində qalacaqlar”.

Açıqlamada qeyd olunub ki, son hücumlar ABŞ-ın müdafiə sistemlərinin istənilən səviyyədə olmadığını ortaya qoyub.