​Şarmazanov: Paşinyan baş nazir ola bilməz – Canlı

Baxış sayı:
7984

Nikol Paşinyan baş nazir ola bilməz.
Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.
O bildirib ki, Paşinyanın Qarabağ üzrə danışıqlar prosesində heç bir konsepsiyası yoxdur:
“Xalq natiqi deyil, hökumətin başçısı seçilir. Heç kim sosial problemlərdən üz çevirmir. Korrupsiya da var, digər problemlər də. Baş nazir kim olursa olsun, ultimatumlarla danışmaq qəbuledilməzdir. Qarşılıqlı addımlar atılmalıdır”, - deyə bildirilib.