Sarkozinin terrorçu ilə fotosu yayıldı

Sosial şəbəkələrdə Fransanın o zamankı prezidenti Nikolya Sarkozinin gələcək terrorist Amedi Kulibalinin əlini sıxdığı foto şəkil yayılıb.

Kulibali bu yaxınlarda Fransada Monjur və Port-Vinsendə mağazaya hücumu zamanı qadın polis nəfərini qətlə yetirmişdi. Foto şəkilin təsvirində qeyd olunub ki, həmin şəkil 2009-cu ildə Yelisey sarayında çəkilib. Amedi Kulibali fransız prezidentlə “problemli gənclər”in nümayəndəsi kimi görüşmüşdü. Sarkozi o zaman Kulibalinin Coca-Cola zavodunda işə düzəlməsinə kömək etmişdi. (oxu.az)