​Sarkozinin Liviyaya girişi qadağan edildi

Baxış sayı:
1219

Fransanın eks-prezidenti Nikolya Sarkozi korrupsiyada ittiham elan edildikdən sonra onun bir sıra şəxslər o cümlədən Prezident Administrasiyasının keçmiş rəhbəri Klod Geanla görüşü məhkəm tərəfindən qadağan edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Fransanın BFM televiziyası yayıb. Televiziya məhkəmənin həmçinin Sarkoziyə Liviyaya da səfər etməyi qadağan edib.
Qeyd edək ki, bundan öncə Sarkozi 2007-ci ildə Liviyanın eks-lideri Müəmmar Qəzzafidən öz seçki kampaniyası üçün pul almaqda ittiham olunub. Sarkozi bu ittihamların heç birini qəbul etməyib.