​Sarkozi azadlığa buraxıldı - Qəzzafi işi

Baxış sayı:
1903

Fransa eks-prezidenti Nikolya Sarkozinin sorğusu bitib.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı BFM televiziyası yayıb. Televiziya sorğunun 25 saat davam etdiyini bildirib.
Sarkozinin dünən gecə evində gecələməyinə izn verilsə də, o bu gün səhər 08:00-da yenidən polisə gətirilib. Burada sorğusu davam etdirilən Sarkozinin üzərindən daha sonra polis nəzarəti götürülüb.
Televiziya həmçinin yaxın zamanlarda Sarkozinin dindirilməsi üçün üç hakimin təyin ediləcəyini bildirib. Bu hakimlərin ya Sarkoziyə ittiham irəli sürəcəkləri, ya da onun korrupsiya qalmaqalında şahid elan edəcəkləri vurğulanıb.
Qeyd edək ki, bundan öncə Sarkozi polis tərəfindən saxlanılıb. O, 2007-ci ildə seçkiqabağı təşviqat kampaniyası üçün Liviyanın mərhum lideri Müəmmar Qəzzafidən pul almaqda ittiham olunub.