Sarkisyanın Türkiyə rəhbərliyinə acizanə yalvarışı – ERMƏNİSTAN PREZİDENTİ MÜNASİBƏTLƏRİ BƏRPA ETMƏK İSTƏYİR…

Baxış sayı:
2500

Türkiyə Ermənistanla sərhədləri bağlı saxlamaqda davam edir. "İnterfax" xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. "Burada zaman, sanki dayanıb. Əminliklə deyə bilərəm ki, Ermənistan bu vəziyyəti aradan qaldırmaq üçün əlindən gələni edib. Mənim təşəbbüsümlə başlayan Ermənistan və Türkiyə münasibətlərinin normallaşması prosesi həm ölkələrimiz, həm də region üçün yeni imkanlar yarada bilər", - deyə o bildirib. Sarqsyanın sözlərinə görə, bununla belə, münasibətlərin normallaşdırılmasına dair Ermənistan-Türkiyə protokolları kağız üzərində qalıb: "Türkiyə bu protokolları ratifikasiya etməməklə yanaşı, həm də protokollarla heç bir əlaqəsi olmayan ön şərtlər irəli sürdü. Bu, tarixi fürsəti qaçırmaqdan başqa bir şey deyil". "Türkiyənin Ermənistanla münasibətlər qurmasına Azərbaycanmı mane olur? Xeyir. Biz daim Türkiyənin cavab addımlarını gözləyə bilmərik", - deyə o qeyd edib. "Əgər Türkiyə yeni şərtlər gözləyirsə və yalnız ondan sonra protokolları ratifikasiya etmək istəyirsə, yanılır. Yeni şərtlər üzrə danışıqlar artıq yeni bir sənəd üzərində aparılmalıdır", - deyə Sarkisyan əlavə edib.