Sarkisyanın qardaşı: “Paşinyan vəzifəsindən sui-istifadə edir...”

Baxış sayı:
3931

Ermənistanın 3-cü prezidentinin qardaşı Paşinyandan onun pulunu və bütün mülkünü qaytarmağı tələb edib.
Muxalifet.az erməni mediasına istinadla xəbər verir ki, 11 sentyabrda İrəvanda keçirilən mitinq zamanı Nikol Paşinyan Aleksandr Sarkisyandan 1 həftə ərzində qanunsuz əldə etdiyi bütün mal-mülkü hökumətə təhvil verməyi tələb edib.
Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan isə bunu qeyri-qanuni hesab edərək Nikol Paşinyanı tənqid edib:
“Əlbəttə, Paşinyan hansı əsasla bu mal-mülkü qaytarmalı olduğumu demədi. O gözəl bilir ki, mən bu pulları qeyri-qanuni yolla əldə etməmişəm və onları şəxsi münasibətinə görə əlimdən almaq olmaz. O, öz vəzifəsindən sui-istifadə edir.
Əminəm ki, ölkə rəhbərliyi və hüquq mühafizə orqanlarının başçıları baş nazirin mənə qarşı etdiyi qanunsuzluğu görür”.