Sarkisyanın istefaya getməsinin təfərrüatı: NİKOL PAŞİNYAN ANLATDI

Baxış sayı:
3676

Nikol Paşinyan Respublika Meydanında keçirilən mitinqdə Serj Sarkisyanın istefaya getməsi prosesini təfsilati ilə anladıb.
 
"Bu səhər məni Serj Sarkisyanın oktyabr ayında istefa etməsi barədə razı salmağa çalışdılar. İki saat sonra, bu müddət bir aya qədər endirildi. Sonra bu müddət 25 aprel tarixinə qədər endirildi. Mən isə tamamilə əks təklif etdim və Serj Sarkisyanın 2 saat ərzində istefa verməsini tələb etdim. Və Sarkisyan bunu etdi " deyə, Nikol Paşinyan mitinqdəki çıxışında Sarkisyanın istefaya getməsi prosesini anladıb.
Paşinyan inqilabın ilk qələbəsini qazandığını bəyan edib və gündəmdə birdən çox sualın olduğunu bildirib.
"İlk addım atılmışdır: Serj Sarkisyan baş nazir vəzifəsindən istefa vermişdir. İkinci addım - 7 gündə parlament xalqın içərisindən baş nazirliyə bir namizəd təyin edər, sonra müvəqqəti hökumət formalaşır və erkən seçkilər keçirilir ", - deyə, Nikol Paşinyan bildirib.
Çərşənbə günü “Marriott” otelində sabiq baş nazir Karen Karapetyanla 11.00-da danışıqları davam etdirmək niyyətində olduğunu qeyd edib.
"İnqilab yarıda dayandırıla bilməz və biz buna imkan verməyəcəyik. İnqlab sona çatdırılmalıdır və mən ümid edirəm ki, sonuncu qələbəyədək siz dayanacaqsınız", - Paşinyan deyib.
Onun sözlərinə görə, əgər Serj Sarkisyan və partiyası ümid edirsə ki, bütün bunların nəticəsində kölgə rejimində hakim ola biləcək bir vəziyyət olacaq,  səhv edirlər və dərhal bu cür iddialardan imtina etməlidirlər. Xalq qazandı və onun qələbəsi qəti olaraq və qeyd-şərtsiz qəbul edilməlidir.
Müxalifət.az