​Sarkisyanın istefasında Putin AMİLİ – Amerika KİV-indən İDDİA

Baxış sayı:
490

“Ermənistan prezidenti Serj Sarkisyan Rusiya lideri Vladimir Putinin əsl müştərisi idi. Amma o, öz vətəndaşlarını qiymətləndirmədi və Putinin klassik manevrini təkrar etməyə çalışdı”.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzeti yazıb.
“Konstitusiya prezidentin postda olma vaxtını iki müddətlə məhdudlaşdırırdı. Sarkisyan icraçı səlahiyyətlərin əksəriyyətini baş nazirə verən konstitusiya düzəlişini etdi və sonra nail oldu ki, parlament onu bu posta təyin etsin. Artan kütləvi nümayişlər on bir gün sonra nəticə verdi və bazar ertəsi Sarkisyanı postdan imtina etməyə məcbur etdilər”, - nəşr yazıb.
Məqalədə qeyd edilir ki, Sarkisyanın gedişi Ermənistan hökumətində və ya onun Kremllə bağlı yaltaq mövqeyində əsl dəyişikliklərə gətirib çıxarıb-çıxarmayacağı anlaşılmazdır: “Bununla belə xalq üsyanı Putin tərəfindən irəli sürülən nüfuzlu siyasi modelə zərbə vurur. Putin, şübhəsiz ki, bu müdafiəni yanlış qəbul edəcək. Onun fikrincə, bu, dövlətə sui-qəsdin nəticəsidir”.
Məqalənin müəllifləri hesab edirlər ki, erməniləri küçələrə çıxmağa xarici provokasiyalar məcbur etməmişdi: “Sarkisyanın on illik idarəçiliyi dövründə iqtisadiyyat durğun vəziyyətdə olurdu, əhalinin təxminən 10 faizi ölkəni tərk etdi, ermənilərin 30 faizi kasıbçılıq həddinin o tərəfindədir. Gözləmək olar ki, Putin baş nazir vəzifəsində Sarkisyanın varisinin olmasına çalışacaq, amma bundan ermənilərin həyatı yaxşı olmayacaq. Ehtimal ki, bu, cinayətkarlığı və müvəffəqiyyətsiz iqtisadi modeli gücləndirəcək”.