Sarkisyan xalqa müraciət etdi: “NİKOL PAŞİNYAN HAQLI İDİ. MƏN SƏHV ETDİM”

Baxış sayı:
2947

 Ermənistan baş naziri Serj Sarkisyan istefa verdiyini bəyan edib.

Bəyanatında o, bütün Ermənistan vətəndaşlarına, qadınlara və kişilərə, gənclərə və yaşlılara, son 11 gündə etiraz aksiyalarında iştirak edənlərə müraciət edib.
"Ölkənin başçısı olaraq son dəfə müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən bir səhv etdim, vəziyyət həll etmək üçün bir neçə yol var idi, amma mən heç birinə getməyəcəyəm. Bu, mənə görə deyil. Ona görə də, mən Ermənistanın baş naziri vəzifəsindən istefa verirəm", - deyə, Sarkisyan bildirib.
Sarkisyan küçədəki etirazların onun hakimiyyətinə qarşı olduğunu qeyd edib.
"Sizin tələbinizi yerinə yetirirəm, qoy ölkəmizdə sülh, harmoniya və məntiq qalib gəlsin" deyə, Sarkisyan qeyd edib.
Müxalifət.az