Sarkisyan Qarabağdan İrəvana qayıtmadı

Baxış sayı:
7510

Artıq bir həftədir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan işğal altında olan Qarabağdadır.
 
Erməni KİV-ləri xəbər verir ki, işğal altında olan Qarabağda keçirilən Vazgen Sarkisyanın 60 illik yubiley tədbirlərində iştirak etdikdən sonra Serj Sarkisyan hələ də Ermənistana qayıtmayıb.
Ehtimallara görə, Sarkisyan, Paşinyanın iştirakı ilə keçiriləcək "təhlükəsizlik şurası"nın iclasına birbaşa qatılmasa da, bununla bağlı bir sıra qapalı müzakirələrə qoşulacaq.
Qeyd edək ki, Sarkisyan İrəvana dünən qayıtmalı idi.