““Sarı Liletlilər” Türkiyədə küçələrə çıxdı” yalanı

Baxış sayı:
8296

Türkiyədə Həmkarlar İttifaqı Konfederasiyasının Diyarbəkir şöbəsiDiyarbəkir meydanında regional mitinq keçirib. Aksiyada  siyasi partiyalardan HDP, CHP, EMEP, ESP nümayəndələri də iştirak edib. Vətəndaşların bu mitinqə o qədər də rəğbət bəsləmədiyi diqqətdən qaçmayıb. Diyarbəkirdən gələn fotolarda sahədəki boşluqlar müşahidə olunub.
 
Fransada təxminən bir ay əvvəl yanacaq qiymətlərinin artmasını bəhanə edərək başlayan və Fransanın müharibə meydanına qayıtmasına qapı aralayan "Sarı Jiletlər" aksiyasının Türkiyəyə sıçramasını istəyən Türkiyə düşməni bəzi mətbuat orqanları hərəkətə keçib.


 
“SARI JİLETLƏR” KÜÇƏYƏ ÇIXDI" YALANI
 
BƏƏ-yə bağlı “Al Arabiya”nın İngiliscə çıxan internet saytı Həmkarlar İttifaqının Diyarbəkirdə keçirdiyi regional mitinqi "Sarı Jiletlər Türkiyədə Küçəyə şıxdı" başlığı ilə verib.
 
BƏƏ-nin DƏRDİ SURİYADIRMI?
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqində YPG-li terrorçulara qarşı əməliyyat siqnalı verməsi Ərəb dünyası tərəfindən də yaxından izlənilir. Məlum olduğu kimi, o bölgədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də fəaliyyətləri var. Səudiyyənin terror təşkilatı YPG-yə pul yardımı etdiyi bildirilirdi. Bu səbəbdən Türkiyənin bölgəyə əməliyyatı regionda maraq axtarışında olan Səudiyyə və BƏƏ-ni də narahat edir.
Ötən günlərdə BƏƏ-nin bir çox mətbuat orqanında Türkiyənin aparacağı əməliyyatı tənqid edən və hədəf azdıran yazılar dərc edilmişdi.
Müxalifət.az