“Sarı Jiletlər”dən bomba iddia: Təcavüzün arxasında...

Baxış sayı:
4600

Fransa bu iddia ilə çalxalanır. "Sarı jiletlilər" Fransa rəhbərliyinin şənbə günü keçirəcəkləri aksiyaya kölgə salmaq üçün Strasburq şəhərində dünən axşam baş verən silahlı hücumu təşkil etdiyini irəli sürüb.
 
Təcavüzün prezidenti Emmanuel Makronun "sarı jiletli" etirazlarına dair verdiyi açıqlamanın ertəsi günü və şənbə günü keçirəcəkləri aksiyadan bir neçə gün əvvəl meydana gəlməsinin təsadüf olmadığını qeyd edən "sarı jiletlər", bu hücumu şənbə günü keçiriləcək aksiyaya kölgə salmaq üçün Fransa rəhbərliyinin təşkil etdiyini irəli sürüb.
“Sarı jiletlər" qrupunun sosial media hesabındakı səhifəsi üzərində mövzuya dair çox sayda şərhlər verilib.
“Sarı jiletlilər"in ən önəmli şəxslərindən biri kimi göstərilən Maksim Nicolle, "Fly Ryder" adlı səhifədə paylaşdığı videoda hücumu həyata keçirmək istəyən adamın axşam saatlarında sıxlıq olmayan olmayan bir prospektə getməyəcəyini və Parisin məşhur Champs-Elysees küçəsinə üstünlük verməli olduğunu söyləyib.
Bir başqa istifadəçi də "Makron və hökuməti fövqəladə vəziyyət elan etmək və “sarı jiletli” aksiyalarını əngəlləmək üçün bilərək hücum təşkil etdi" deyə şərh edib.
Bu arada bəzi istifadəçilər də bu şərhlər üzərində bölüşdükləri mesajlarda sakitlik çağırışı edib. Digər tərəfdən, Daxili İşlər məsul dövlət naziri Laurent Nunez “France Inter” radiosunda bu məsələ haqqında verilən suala, "Çox qəzəbliyəm. Belə şeyləri necə demək olar" deyə cavab verib.
“Sarı jiletlər" sosial media üzərindən şənbə günü başda paytaxt Paris olmaqla, ölkə daxilində mitinq təşkil edəcəklərini bildirib.
Qeyd edək ki, Strasburgun ən mühüm meydanlarından Place Kleberde qurulan Milad bazarına yaxın bir bölgədə dünən axşam silah səsləri eşidilmişdi. Təcavüzkarın təcavüzdən sonra qaçdığı ifadə edilmişdi.
Müxalifət.az