"Sarı jiletlilər" yenidən aktivləşdi: 94 nəfər saxlanıldı

Baxış sayı:
21838

Fransada “sarı jiletlilər” növbəti dəfə Prezident Emmanuel Makron hakimiyyətinə qarşı etiraz aksiyası keçirib.
Muxalifet.az xəbər verir ki, Fransa polisi daş və şüşə atan etirazçılara qarşı bibər qazından istifadə edib.
Aksiyanın 18-ci həftəsində Paris küçələrinə axışan etirazçılar şəhərin bəzi yerlərində yanğın törədib. Binalardan birinin zirzəmisində başlayan yanğına görə ikisi polis olmaqla, 11 nəfər yaralanıb.
Fransanın Daxili İşlər naziri Kristofer Kastaner Parisdəki etiraz aksiyasında 7-8 min nəfərin iştirak etdiyini, 94 nəfərin saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, Fransada benzinin qiymətinin bahalaşmasına və iqtisadi vəziyyətə qarşı başlayan etiraz aksiyalarında bu vaxta qədər 11 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb, 8400-dən çox insan polis tərəfindən saxlanılıb, 2 minə yaxın adam isə həbs edilib.