“Sarı Jiletlilər” İndi də İngiltərədə peyda oldu: Ölkə qarışacaq

Baxış sayı:
5482

“Xalq Məclisi” Hərəkatı şənbə günü Londonda etiraz çağırışı edib. İngiltərədə hökumətin ön gördüyü kəmər sıxma siyasətinə qarşı başlayan “Xalq Məclisi” Hərəkatı etirazlara çağırıb. Nümayişlərə qatılanlardan Fransada hökuməti etiraz edənlər kimi, sarı jilet geyinmələri tələb olunub.
 
Bu təşkilat İngiltərədəki digər şəhərləri də mitinqə çıxmağa dəvət edir. Həmçinin 2010-dan bəri hakimiyyətdə olan Mühafizəkar Partiyanı devirmək üçün parlament seçkiləri keçirilməsi çağırışını da təkrarlayıb.
"Sarı jiletini unutma" sözləri ilə sosial media hesabından etiraz çağırışı edən qrup, "Sarılara rəğmən kəmər sıxa bilməzsən" şüarı altında birləşir.
Sosial mediada 1700-dən çox adam aksiyaya qatılacağını açıqlayıb.
 Hökumətin qaçqın siyasətini də tənqid edən “İrqçiliyə Qarşı” Hərəkat da, təşkilatlara dəstək verib. Keçmiş deputat Laura Pidcockun da tədbirdə çıxış edəcəyi bildirilib.
Buna paralel olaraq, sosial şəbəkələrdə ifrat sağa yaxın olan “Brexit” tərəfdarları da "#yellowvestuk" açar sözünü bölüşməyə başlayıb.
 
SARI JİLET GEYİNƏNLƏRƏ NASİST ETİKETİ
 
 Mühafizəkar millət vəkili Anna Soubri isə sarı jilet geyənlərə nasist damğası vurub. "Bu qrup Westminsterın ətrafında dolaşıb, insanları qorxudur" deyib.
Bu aksiya hökumət tərəfindən pislənilib. Polis Parlament ətrafındakı təhlükəsizlik vəziyyəti ilə bağlı dərin narahatlığını ifadə edib. “The Independent” qəzetinə görə, şənbə günü London, ya da Mançesterdə toplanacaq "sarı jiletlilər" İslam əleyhinə marginal ifrat sağ bir qrup olan “İngilis Müdafiə Birliyi”nin (EDL) şüarlarını istifadə edir.
Müxalifət.az