Sarı Jiletlilər AP seçkilərində Makrona uduzdu

Baxış sayı:
10513

Fransada Avropa Parlamentinə seçki nəticələri Sarı Jiletlilər hərakatı üzündən vəzifəsindən ayrılması gözlənilən Makronun hələ də arxasında əhəmiyyətli bir dəstək olduğunu göstərir.
 
Ölkə daxilində 34 siyahının yarışdığı Avropa Parlamenti (AP) seçkilərində, Fransa prezidenti Emmanuel Makronun qurucusu olduğu iqtidardakı LREM və Yaşıllar Partiyası (EELV) ön plana çıxıb.
Təxminən 47 milyon seçicinin olduğu ölkədə, seçkidə iştirak nisbəti 50,5 faiz olub. Bu nisbət 2014 seçkilərində 42,4 faiz idi.
 
SARI JİLETLİLƏR MAKRONU DEVİRMƏK İSTƏYİRDİ
 
Fransada Sarı Jiletlilərin etdiyi hərəkətlər dünya mediasının gündəminə oturmuşdu. Sarı Jiletlilər başda Paris olmaqla, bir çox şəhərdə təşkilatlanaraq küçələri yandırıb, yıxdı. Bu vəziyyətin Makronu devirəcəyinə inananlar 28 həftədir məqsədinə çata bilməyib.
AP seçkiləri də bu məqsədə çatmanın asan olmadığını, Makronun partiyasına dəstək verən adam sayının hələ çox olduğunu göstərir.
Müxalifət.az