“Sarı Jiletlilər” aksiyası Qaradağa sıçradı

Baxış sayı:
6202

Qaradağda hökumətə qarşı etiraz edən bir qrup Sarı jilet geyərək küçələrə çıxıb. Yüzlərlə insanın iştirak etdiyi aksiyalarda hökumət diktatorluqla ittiham olunub. Qaradağın paytaxtı Podgoricada hökumətə qarşı "diktator qaranlığından qorxmuruq" şüarı "sarı jiletli" etiraz aksiyası keçirilib. Deputat Nebojsa Medojevicin həbs olunmasına təpki göstərən müxalifət tərəfdarlarının təşkil etdiyi etiraza, "sarı jiletli" yüzlərlə adam qoşulub. Parlament binasının qarşısında toplanan nümayişçilər prezident və hökumət binasına doğru yürüş edib. Etiraz aksiyasına Demokratik Cəbhə (DF) millət vəkilləri iə yanaşı, bir çox müxalifət lideri də qoşularaq dəstək verib. DF liderlərindən Andrija Mandic burada etdiyi çıxışında, 2 ay həbsə məhkum edilən Medojevicin həyatının təhlükəyə atıldığını deyib. Mandic, "Parisdəki etirazlara qatılanların sayı ilə bugünkü etirazda iştirak edənlərin sayını nəzərə alsaq, bizim də Çernoqoriyanı dəyişdirəcək gücə sahib olduğumuzu görərik. Bunun üçün cəsur və qərarlı olmağımız lazımdır. Bu axşam bizə qatılmayan vətəndaşlarımıza, çərşənbə günü keçirəcəyimiz etiraz aksiyasında iştirak etməyə dəvət edirik" deyə söyləyib. Müxalifət.az