Sarayda avtomobil su kanalına düşüb, 1 nəfər batıb - YENİLƏNİB

Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

FHN-nin saytının verdiyi xəbərə görə, əməliyyat saat 05:02-də başa çatıb.
 
*** 06.16
 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub. FHN-nin saytının verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.