​Sanksiyanın ilk nəticəsi: Bu şirkət İrandan getdi

Baxış sayı:
5548

Almaniyanın məşhur “Daymler” şirkəti İrana qarşı tətbiq olunan sanksiyalar səbəbindən bu ölkədəki fəaliyyətini dayandırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb.
“Biz tətbiq olunan sanksiyalara uyğun hərəkət edərək İrandakı fəaliyyətimizi dayandırırıq. Bundan sonra nüvə sazişinin gələcəyi ilə bağlı hadisələri yaxından izləyəcəyik”, - şirkətin bəyanatında bildirilib.