Sanksiyalar Rusiyanı yıxa bilmədi: Son 6 ildə...

Baxış sayı:
2011

Qərbin iqtisadi təzyiqləri, bazar basqısı Rusiya iqtisadiyyatının 2018-ci ildə son 6 ilin ən yüksək inkişaf həddinə çatmasına mane ola bilməyib. Muxalifet.az xəbər verir ki, bu barədə Dünya Bankının 2019-cu ilin iyun hesabatında qeyd olunub. Sənədə görə Rusiya iqtisadiyyatı 2,3 faiz artımla son 6 ilin ən yüksək artım tempinə nail olub. Rusiyanın 2019-cu ildəki artımı 1,2 faiz həddində müəyyənləşdirilib. Rusiya iqtisadiyyatının artım tempinə neft qiymətləri, ixracat gəlirlərindəki artım, enerji layihələri və 2018 FİFA Dünya Kuboku kimi faktorlar təsir göstərib. Qeyd edək ki, ekspertlər Rusiya iqtisadiyyatının bu templə 2020 və 2021-ci illərdə 1,8 faiz böyüyəcəyini proqnozlaşdırır.