Samuxda sexdə təkər partladı - USTA AĞIR XƏSARƏTLƏR ALDI

Baxış sayı:
286

Samux rayonunda təkər təmiri sexində bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. Sexdə təkər təmiri ilə məşğul olan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaba Zeynalov müştərinin avtomobilinin şinlərini təmir edərkən təkər partlayıb. Hadisə nəticəsində təkərin diski onun baş və göz nahiyəsinə dəyib. Ağır kəllə-beyin travması alan Ə.Zeynalov ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. //trend