​Samuxda partlayış zamanı xəsarət alan şəxs öldü

Baxış sayı:
190

Noyabr ayının 14-də Samux rayon ərazisində yerləşən Gəncə 330 kv Yarımstansiyada baş verən partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
Muxalifet.az-ın məlumatına görə, hadisə zamanı ağır xəsarətlər alan, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov yerləşdirildiyi xəstəxanada vəfat edib.
Qeyd edək ki, adı çəkilən yarımstansiyada yüksək gərginlikli elektrik xətlərinin texniki təmizliyi zamanı ehtiyatsızlıqdan qısapanma baş verib və yanğınla nəticələnən kiçik partlayış olub. Nəticədə E.Həsənov ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.