​Samuxda məktəb YANIR: Xəsarət alanlar var

Baxış sayı:
6502

Samux rayonunda orta məktəbdə yanğın olub.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Tatlı kənd orta məktəbində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, 10 nəfərə yaxın şəxsə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.