Samux sakini sinəsindən vuruldu

Samuxda bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun İnstitut  qəsəbə sakini, 1994-cü il təvəllüdlü Baxşəliyev İsmayıl döş qəfəsinin sağ tərəfinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir. İ.Baxşəliyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.